Azərbaycan milli komandasını çalışdırmağa namizəd olan daha bir məşqçinin adı bəlli olub.

Offsideplus.az xəbər verir ki, Zaqreb "Dinamo"sundan ayrılan Nenad Byelitsa federasiyaya təklif olunub. 48 yaşlı mütəxəssis illik 1,2-1,5 milyon avro maaşa millidə işləməyə razılaşa bilər.

"Dinamo" (Zaqreb) məşqçilərə 1,2 milyon avro məvacib ödəyirdi. Nenad Byelitsa 700 min avroya yaxın maaş alırdı. AFFA isə yığma komanda ilə bağlı qərarını koronavirus pandemiyası sovuşandan sonra vermək istəyir.

Qeyd edək ki, xorvat məşqçi Zaqreb "Dinamo"sundan öncə "Austriya" (Vyana), "Lex" (Polşa), "Spetsiya" kimi klubları çalışdırıb.