Azərbaycan Premyer Liqasının XX turunda "Zirə" səfərdə "Səbail"i 1:2 hesabı ilə məğlub edib.

"Qartallar"ın üzvü Ali Sesay Offsideplus.az-a qarşılaşmanı dəyərləndirib:

"Çox çətin dövrdən keçdik. Bir neçə oyun məğlub olduq. Bu gün isə komanda olaraq gücümüzü və xarakterimizi göstərdik. Hər kəs bütün qüvvəsini nümayiş etdirdi və qələbə qazandıq".

Müdafiəçi "Səbail"in güclü komanda olduğunu bildirib:

"Çempionatda zəif komanda yoxdur. Bütün komandalara hörmət edirik. Amma qarşılaşmada "Səbail"dən daha keyfiyyətli oyun nümayiş etdirdik".

Conpaul Nnamdi