"Neftçi" klubunun qapıçısı Aqil Məmmədov Premyer Liqamızın 20-ci turunda keçirilən "Sabah"la oyunda (4:0) məcburi əvəzlənib.

Offsideplus.az xəbər verir ki, onun halı pisləşib və yerə yıxılıb.

59-cu dəqiqədə meydanı xərəklə tərk edən A.Məmmədovu Səlahət Ağayev əvəz edib.