"Zirə" klubunun baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.
O, oyun barədə fikirlərini bölüşüb və sualları cavablandırıb.
"Qış fasiləsində müəyyən qədər transferlər etdik. Bu gün 5 yeni futbolçumuz meydanda idi. Oyunumuzun daha da yaxşılaşması üçün vaxt lazımdır. Nəticə bizi qane etdi. Əsas odur ki, 3 xal qazandıq".
Z.Həşimov 4-cü pilləyə yüksəlmələri ilə bağlı deyib: "Avrokubok zonası barədə fikirləşmirik. Qarşımıza belə məqsəd qoymuşuq ki, hər oyuna maksimum güclə yanaşaq. Oyundan oyuna yanaşırıq".