"Sumqayıt"ın üzvü Mehdi Cənnətov karyerasını Latviya çempionatında davam etdirə bilərmiş.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, qolkiperlər hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan RFS transfer etmək istəyib. Riqa təmsilçisi ötən ilin dekabrında qapıçı üçün "kimyaçılar"a rəsmi müraciət edib. "Sumqayıt"ın rəhbərliyi və Ayxan Abbasov Mehdi Cənnətovun komanda üçün lazımlı olduğunu nəzərə alaraq keçidə razılıq verməyiblər.

 

Sultan SoY