Futbol üzrə Azərbaycan ilə Belarus milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun biletləri martın 10-da satışa çıxarılacaq.

Offsideplus.az AFFA-ya istinadla xəbər verir ki, birinci kateqoriya biletlərin qiyməti 4, ikinci kateqoriyanın qiymətləri 2, üçüncü kateqoriyanın biletləri 1 manat təşkil edəcək.

VİP biletlərin qiyməti isə 15 manat olacaq.

Qeyd edək ki, martın 23-də keçiriləcək oyun saat 20:00-da Bakı Olimpiya Stadionunda başlayacaq.