Riçard Almeydanın "Qarabağ"dan getdiyi barədə xəbər vermişdik.
Offsideplus.az xəbər verir ki, futbolçunun klubdan gedişinə səbəb yüksək maaş tələbi olub. Bu iddia ilə Azərbaycanlı FİFA meneceri Erkin İbrahimov çıxış edib.
İbrahimov feysbuk profilində Riçard Almeydanın "Qarabağ"dan gedişi barədə yazdığı paylaşımda maraqlı məqamlara toxunub:
"Almeyda "Qarabağ"dan getdi. Deyilənə görə, Riçi klubdan illik 700 min dollar maaş istəyib. Yəqin ki, tələbini "Beqoviçə verməyə pulunuz varsa, mənə də verin" kimi arqument ilə əsaslandırdı. Vaxtı ilə pikdə olan Rauf Əliyev, Əfran İsmayılov ilə da bu cür davrandılar. Sonu hamıya bəllidir - pul dalınca "Bakı"ya qaçan Raufla Əfranın aqibəti də göz qabağındadır, "Qarabağ"ın da".