Məşhur braziliyalı məşqçi Felipe Skolari yenidən milli komandada işləyə bilər.

Offsideplus.az xəbər verir ki, 71 yaşlı mütəxəssis Çin yığmasında işləməyə yaxındır. Çin Futbol Federasiyasının Skolariyə təklif göndərdiyi, yaxın vaxtlarda tərəflərin görüşəcəyi bildirilir.

Qeyd edək ki, Çin millisini bundan əvvəl Marçello Lippi çalışdırırdı.