Xarici şirkətin Azərbaycan Premyer Liqasına sponsorluğuna icazə verilməyib.
Offsideplus.az xəbər verir ki, bu barədə PFL-in prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında bildirib. Musayev, Premyer Liqaya sponsorluq etmək istəyən xarici şirkətlə danışıq apardıqlarını, lakin həmin qurumun Azərbaycanda lisenziyası olmadığı üçün razılıq verilmədiyini vurğulayıb:
“Hələlik titul sponsorumuz yoxdur. Jurnalistlər futbolu mətbuatda elə günə salıblar ki, bir adam yaxın gəlməyə qorxur. Çalışaq, futbolumuzu təbliğ edək”. (Report)