Moldova millisinin Fransa və İslandiya yığmaları ilə AVRO-2020-nin seçmə oyunlarına çağırılan legionerlərin siyahısı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Engin Fırat Azərbaycan Premyer Liqasından yalnız "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuka dəvət göndərib.
Xatırladaq ki, Moldova Fransa ilə noyabrın 14-də səfərdə, İslandiya ilə iyunun 17-də evdə üz-üzə gələcək. Yevgeni Koçukun komandası 8 oyundan 3 xalla H qrupunda sonuncu pillədə qərarlaşıb.