“Qarabağ”ın sabiq futbolçusu Donald Geryenin karyerasını “Neftçi”də davam etdirəcəyi ilə bağlı yeni iddia ortaya çıxıb.

 “Vant Bef İnfo” portalı haitili sol cinah oyunçusu ilə 2 illik müqavilə bağlanılacağını və onun aylıq maaşının 35 min dollardan çox olacağını yazıb.

Bildirilir ki, Gerye “Neftçi”nin onun bütün şərtlərini qəbul etdiyini və illik maaşının yarısını müqavilə bağlayan zaman alacağını təsdiqləyib. Bakılılar sözləşmənin surətini futbolçuya göndərəndən sonra onun Azərbaycana yola düşəcəyi vurğulanır.

Məlumata görə, problem çıxmayacağı təqdirdə, Gerye sentyarın 1-də Premyer Liqada III turun “Sumqayıt”la ev oyununadək “Neftçi”nin düşərgəsində olacaq.

Qeyd edək ki, “Qarabağ” klubu Donald Geryenin şərtlərini qəbul etmədiyi üçün onunla müqavilənin müddəti uzadılmayıb. Sol cinah oyunçusu hazırda klubsuz olduğu üçün qarşıdakı matçlar üçün Haiti yığmasına dəvət almayıb.(report)