"Neftçi" daha bir itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov İlkin Qırtımovun da xidmətindən məhrum olub.
O, "Suçqayıt"la oyunda 7-ci vərəqəsini alıb ki, bunlardan biri qırmızı, ikisi isə buna səbəb olan sarılardı. Həmin görüşün cəzasını çəkmiş Qırtımov digər vərəqələrdə 4-ə çatdığı üçün bu duruma düşüb. "Neftçi”də ilk xəbərdarlığını alan İlkin digər vərəqələri "Keşlə”nin heyətində görüb. Qırtımov bu səbəbdən "Zirə"yə qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, Rşad Sadiqov "Sumqayıt"la oyunda qırmızı vərəqə alıb.