"Qarabağ" daha bir futbolçu ilə yollarını ayırıb.
Müdafiəçi Vild Donald Gerye Ağdam klubunu tərk edib.
Bunu Haiti millisinin üzvü instaqram səhifəsində etdiyi paylaşımda bildirib. "Qarabağ"ın formasında şəklini paylaşan 30 yaşlı sol cinah müdafiəçisi qısaca "Mənim üçün zövq idi. Hər şey üçün təşəkkürlər" yazıb.
Bu isə o deməkdi ki, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıq müsbət nəticələnməyib. Buna səbəb Geryenin astronomik məbləğdə maaş tələb etməsi olub.
Qeyd edək ki, Vild-Donald Gerye "Qarabağ"a 2017-ci ilin yayında "Alanyaspor"dan keçib.