Premyer Liqamızın 24-cü turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" oyunun hazırlıqlarını davam etdirir. 

Offsideplus.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun komandası Bakı Olimpiya Stadionunun köməkçi meydançasında növbəti məşqini keçirib. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Zədəsini sağaldan Əfran İsmayılov artıq fərdi məşqlərə başlayıb.

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" qarşılaşması 13 aprel, saat 16:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.