"Qarabağ" millimizin və Qazaxıstan "Astana"sının futbolçusu Riçard Almeydanı heyətinə cəlb edib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi sosial şəbəkədə "Maestro geri döndü" və 29 yaşlı yarımmüdafiəçinin fotosunda "Evinə xoş gəldin, Almeyda" yazıb.
Müqavilənin detalları haqda rəsmi xəbərin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Xatırladaq ki, Almeyda “Qarabağ”ı 2017/18 mövsümünün sonu tərk edərək “Astana”ya keçmişdi.