Qarın boşluğunda ağrı hiss etdiyi üçün xəstaxanaya yerləşdirilən Bosniya və Herseqovina yığmasının təcrübəli baş məşqçisi Robert Prosineçki əməliyyat edilib.
Offsideplus.az xəbər verir ki, onun vəziyyəti hazırda stabildir. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən məşqçinin bir həftə orada qalacağı bildirilib.
Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə millimizin sükanı arxasında olub.