Lopetegi tezliklə ABŞ millisinə rəhbərlik edə bilər.

Offsideplus.az-ın AS nəşrinə istinadən verdiyi məlumata görə, ABŞ Futbol Federasiyası ispaniyalı mütəxəssisi yığmanın nəticələrini daha da yaxşılaşdırmağa qadir olduğu qənaətindədir. ABŞ-ın federasiya rəsmiləri Lopeteginin İspaniya millisində və "Real Madrid"də gənclərlə iş təcrübəsindən yararlanmaq istəyir.

İndi baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Deyv Saraçan yerinə yetirir. Onun rəhbərliyi altında komanda son oyunlarında İngiltərəyə 0:3, İtaliyaya isə 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Xulen Lopetegi "Real Madrid"in baş məşqçi postundan oktyabrın sonlarında istefaya göndərilib. O, əvvəllər "Portu"ya da rəhbərlik edib.