21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurmaq üzrədi.

Offsideplus.az xəbər verir ki, gənclərimiz bu gün növbəti yoxlama görüşünü keçirəcək.

Rəşad Sadıqov yetirmələrini Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə görüşdə sınayacaq. Dörd gün əvvəl “Dalğa Arena”da Avropa çempionatının bürünc mükafatçısı Ukraynaya məğlub olan (0:1) futbolçularımız yenilənmiş heyətlə bu dəfə Zenitsada meydana ayaq basacaq.

Oyun yığma komandaların təlim-məşq mərkəzində baş tutacaq.

Yoxlama görüşü

19 noyabr

16:00. Bosniya və Herseqovina – Azərbaycan