"Əsas məqsədimiz turu keçərək Premyer Liqa klubuna qarşı oynamaq idi. Bu, bizə motivasiya verərək komandanın özünə inamına böyük təsir göstərirdi. Futbolçularım son qarşılaşmalardakı çıxışları ilə bu qələbənin gələcəyini hiss etdirirdi. Oyundan-oyuna artırırıq. Çempionatda rəqiblə üz-üzə gəlmişdik və həmin görüşdən sonra düşünürdüm ki, bu klubu keçmək, "Kəpəz"i Ağdaşa gətirmək olar. Rəhmanın ən böyük arzularından biri idi ki, komandası elita təmsilçisi ilə qarşılaşsın. Keçən il belə bir şansımız olmadı. Bu il püşk də üzümüzə güldü. Növbəti mərhələdə əsas liqa klubu rəqib oldu. Onun ruhunun xatirəsinə əlimizdən gələni etdik, oyunçularımız meydanda can qoydular və bacardıq".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynov Azərbaycan Kubokunun I təsnifat mərhələsində "Lerik"ə 4:0 hesabı ilə qalib gələrək turu keçdikləri oyun haqqında danışarkən bildirdi.

Mütəxəssis klubun maddi problemlərindən də danışdı:

"Maliyyə vəziyyəti çox acınacaqlıdır. Ümidimizi itirmirik. Düşünürük ki, dəstək verən olacaq. Sırf federasiyanın verdiyi pulla nələrsə etməyə çalışırıq".