Niderland millisinin üzvü Vaut Veqhorst Avropa Çempionatının 1/4 final mərhələsində Türkiyə (2:1) üzəridəki qələbəni şərh edib.
Offsideplus.az xəbər verir ki, forvard bunları deyib:
"Bacarıqlarımı bilirəm və onları meydanda göstərdiyimi düşünürəm. Türkiyə millisinə qarşı təzyiq etdik və 2 qol vurduq. Fərqlənə bilərdim, amma Mert Günok buna imkan vermədi".
"Narıncılar" qitə turnirinin yarımfinalında İngiltərə ilə qarşılaşacaq. Matç iyulun 10-da baş tutacaq.
Qeyd edək ki, Vaut Veqhorst 2022-ci ilin yayından 2023-cü ilin yanvarına qədər "Beşiktaş"da icarə əsasında forma geyinib.