“Qarabağ” klubu kolumbiyalı müdafiəçi Kevin Medinanı transfer edib.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu növbəti mövsümdən Ağdam təmsilçisində çıxış edəcək.

Müqavilənin detalları barədə hələlik məlumat verilməyib. "Transfermarkt" idman portalı Medinanın qiymətini 300 min avro olaraq dəyərləndirib.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi daha öncə Portuqaliyanın "Akademiko Vizeu", "Pinhalnovenze", "Sintrenze", "Moura" və "Naval" klublarında çıxış edib.