İspaniya La Liqasının bərpa ediləcəyi tarix açıqlanıb.

Offsideplus.az xəbər verir ki, çempionat iyun ayının 11-də qaldığı yerdən davam edəcək.

İlk oyun isə "Sevilya" ilə "Real Betis" klubları arasında baş tutacaq.

Qeyd edək ki, La Liqa koronavirus pandemiyası səbəbindən mart ayında təxirə salınmışdı.