“Milan” rəhbərliyi yay transfer pəncərəsində komandanın heyətini gücləndirmək istəyir.
Offsideplus.az xəbər verir ki, "rossonerilər" yeni futbolçular üçün 100 milyon avro xərcləməyə hazırdır. Bu, yeni sükançı Paulo Fonsekanın gəlişi ilə həyata keçiriləcək. Yay “transfer pəncərəsi”ndə Milan klubu 1 hücumçu, 2 müdafiəçi və 1 müdafiəçi yarımmüdafiəçi ilə müqavilə imzalamaq istəyir.
A Seriyasının vitse-çempionu bu futbolçularla maraqlanır: Coşua Zirkzi (“Bolonya”), Yusuf Fofana (“Monako”), İqor Xulio (“Brayton”) və Emerson (“Tottenhem”).