İtaliyada daha iki klub məşqlərə başlayacaqlarını açıqlayıblar.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçiləri - "Roma" və "Latsio" bununla bağlı hökümətdən icazə alıblar.
Futbolçular tibbi baxışdan sonra fərdi çalışmalarla ara məsafəsi təhlükəsizliyini gözləyərək təlim-məşq mərkəzlərində çalışa biləcəklər.
Qeyd edək ki, daha öncə "Sassuola", "Parma" və Bolonyo" klubları da belə niyyətləri olduqlarını açıqlamışdı.