"İnter" klubunun yarımmüdafiəçisi İvan Perişiç karyerasını İngiltərədə davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, "Tottenhem" xorvatiyalının xidmətində maraqlıdır. London klubunun skautları Perişiçi "Milan"la oynanılan son derbidə (3:2) izləyiblər.

"İnter" yanvarda 30 yaşlı futbolçu qarşılığında 35 milyon avro tələb etsə də, "Tottenhem" məbləğin yüksək olması səbəbindən keçidi təxirə salmışdı.