UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Offsideplus.az xəbər verir ki, son oyun günündə 7 qarşılaşma keçirilib.

Turnirdə ölkəmizi təmsil edən "Neftçi" Yunanıstan səfərində "Olimpiakos"a uduzub - 0:1. Bu cütün qalibi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu turda uduzan komanda isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün məğlubu ilə görüşəcək. "Malmö" - HİK matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Mura" - "Lüdoqorets" oyununda isə qol olmayıb.

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" (Polşa) öz meydanında Estoniyanın "Flora" klubu ilə qarşılaşıb. Oyun "Legiya"nın qələbəsi ilə başa çatıb - 2:1. Start heyətdə meydana çıxan Mahir 56-cı dəqiqədə əvəzlənib.

Niderlandda PSV-nin qonağı olan Türkiyənin "Qalatasaray"ı klubu isə 1:5 hesabı ilə uduzub.