Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev ardıcıl 12-ci qələbəsini qazanıb. Offsideplus.az xəbər verir ki, o, Yaponiyanın Rizin Döyüş Federasiyasının təşkil etdiyi "Rizin-19” Qran-Prisində avstraliyalı Damyen Braunla qarşılaşıb. Osaka şəhərində rinqdə keçirilən döyüşdə idmançımız elə birinci raundda rəqibini məğlub edib. O, 4 dəqiqə 14 saniyəyə rəqibini küncə sıxışdıraraq sağ və sol yumruq zərbələri ilə yerə sərib. Beləcə, hakim görüşü dayandıraraq qələbəni Tofiqə verib. Bu, 29 yaşlı Tofiq Musayevin 19 görüşdə 16-cı qələbəsi olub. 34 yaşlı Damyen Braun isə 32-ci döyüşündə 13-cü məğlubiyyəti ilə üzləşib.