"Qalatasaray"ın 20 ildən sonra "Fənərbağça" səfərində qələbə qazanması (3:1) Türkiyə futbolunda böyük bir ajiotaj yaratdı.

Offsideplus.az xəbər verir ki, bu qələbəni çılğınlıqla qeyd edən azarkeşlər öz sevinclərini qeyri-adi formada əks etdiriblər. Belə ki, "cimbom" azarkeşlərindən biri qol vuran hər 3 futbolçunun adını boynunun arxasına döymə etdirib. Donk, FalkaoOnyekurunun adlarını döymə etdirən gəncin bu fotosu qısa zamanda bütün Türkiyə mediasında və sosial şəbəkələrdə yayılıb.

Onun bu addımını təqdir edənlərlə yanaşı həm də, tənqid edənlər də olub. Həmin fotonu sizə təqdim edirik:

5e53d73cae298bbc8e495743