London “Arsenal”ının futbolçusu Mesut Özil Türkiyə Qırmızı Aypara Cəmiyyətinə 80 min funt sterlinq məbləğində yardım edib.
Offsideplus.az xəbər verir ki, həmin vəsait COVİD-19 epidemiyası şəraitində oruc tutan şəxslərə dəstək üçün xərclənəcək. Türk əsilli yarımmüdafiəçi Türkiyə ilə Suriyada 16 min insanı müqəddəs Ramazan ayı ərzində ərzaq və dərmanla təmin edəcək.
Qeyd edək ki, Mesut Özil "Arsenal"ın ən yüksək ödənişli futbolçularındandır.