Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Monteneqronun ev oyunlarını "Podgorica City Stadium"da keçirəcəyi müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, komanda oktyabrın 10-da Azərbaycan yığmasını da bu stadionda qəbul edəcək. 

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. Bu oyun italiyalı məşqçi Canni De Byazinin milli komandada ilk oyunu olacaq.