"Qarabağ" bir həftə sonra Çempionlar Liqasının Liqa mərhələsində səfərdə "Atletik"lə qarşılaşacaq.
Azarkeşləri əsas maraqlandıran suallardan biri Marko Yankoviçin bu görüşdə meydanda olub-olmayacağıdır.
Offsideplus.az-a açıqlama verən "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev monteneqrolu futbolçunun məşqlərə başladığını bildirib.
Qurban Qurbanov şans verərsə, o, "Atletik"lə oyunda komandasına kömək edə biləcək.
Qeyd edək ki, "Qarabağ" 2 turdan sonra Çempionlar Liqasında maksimum nəticə göstərib.



