Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev iştirak ediblər.
Fərid Qayıbov, Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək Yaylagül Ramazanova haqqında danışıb: "İdman növləri hər il inkişaf edir. Paris-2024-də ilk dəfə 15 fərqli idman növündə iştirak edirik. Kamandan oxatma da bunlardan biridir və Yaylagül Ramazanovaya dəstək veririk. O, yeni uğurlara imza atdı."
Birincilikdə 50-dən çox idmançı müxtəlif bölgələri təmsil edərək çempionluq uğrunda mübarizə aparır. Kişi və qadın idmançılar üç kateqoriyada yarışırlar: 16 yaşa qədər (30 metr), 16-18 yaşlı gənclər (60 metr) və böyüklər (70 metr). Mübarizə avqustun 25-də başa çatacaq.