Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun qalibi adını qazanıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə dueldən qalib ayrılıb.

Şahmatçımız tay-brekdə qələbə qazanıb. 25 və 10 dəqiqəlik 4 görüşdə heç-heçə edən (2:2) T. Rəcəbov ardınca rəqibindən üstün olub. O, blitsdə iki qarşılaşmanın yekununa əsasən 2:0: hesabı ilə qalib gəlib və Azərbaycan tarixində ilk dəfə Dünya Kubokunu başı üzərinə qaldırıb.

T. Rəcəbov eyni zamanda 110 min dollar mükafata da sahib olub. Ardıcıl ikinci dəfə finalda uduzan D. Lirenin qazancı isə 80 min təşkil edib. Hər iki şahmatçı həlledici oyuna yüksəlməklə, 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə də qazanıblar.

3-cü yer uğrunda görüşdə isə fransalı Maksim Vaşye-Laqravla çinli Yu Yanq Li ilə qarşılaşıb. Sürətli şahmatda avropalı rəqibinə hər iki matçda qalib gəlib (2:0).

Bununla da Teymur mükafat fondu 1,6 milyon dollar olan yarışdan 110 min dollar qazanıb. O, uduzacağı təqdirdə 80 min dollarla kifayətlənməli olacaqdı.