Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxıb. Offsideplus.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağı olub. Priştinadakı “Fadil Vokrri” stadionunda baş tutan oyunda meydan sahibləri millimizə acı məğlubiyyət yaşadıb - 4:0
UEFA Millətlər Liqası
D liqası, III Qrup
VI tur
23:45. Kosovo - Azərbaycan 4:0
Qollar: A. Zeneli, 2 (1:0), 50 (2:0), 77 (4:0), A. Rrahmani, 61 (3:0)
Baş hakim: Benua Miyo
Priştina. “Fadil Vokrri” stadionu
Heyətlər:
Kosovo: 12. Muriç, 3. Fidan Aliti, 5. Herolind Şala, 6. Hekuran Kryeziu, 7. Raşika, 10. Arber Zeneli, 13. Armi Rrahmani, 14. Valon Berişa (k), 15. Mergim Voyvoda, 17. Kololi, 18. Vedat Muriqi
Azərbaycan: 23. Səlahat Ağayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 21. Təmkin Xəlilzadə, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 17. Mahir Mədətov, 13. Dmitri Nazarov, 7. Araz Abdullayev, 16. Rüfat Dadaşov