Bu gün UEFA Millətlər Liqasında “dördlər finalı”nın püşkatması olacaq.
- Baxış sayı: 620
Bu gün UEFA Millətlər Liqasında “dördlər finalı”nın püşkatması olacaq.
Slovakiya millisinin kapitanı Marek Hamşik Avro-2020-nin püşkatmasını dəyərləndirərkən deyib.
“Millətlər Liqasında D Liqasının qalibi olacağımıza inanmamaq axmaqlıq olar. Bunun üçün önümüzdə cəmi 2 oyun qalır”.
Kosovo millisi UEFA Millətlər Liqasının D Liqasının 3-cü qrupunda Azərbaycanı 4:0 hesabıyla məğlub edərək, növbəti mərhələyə yüksəlib.
UEFA Millətlər Liqasında 2020-2021 mövsümünün təqvimi müəyyənləşib.
UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunlarının yekun statistik göstəricilərini açıqlayıb.
Millətlər Liqasının reqlamentinə əsasən, hər diviziona Avro-2020-də iştirak üçün bir yer ayrılıb.
Azərbaycan milli komandasının kapitanı Maksim Medvedev Millətlər Liqasının son qrup matçında - Kosovo yığmasına səfərdə 0:4 hesabıyla uduzduğumuz səfər qarşılaşmasından sonra jurnalistlərin suallarını cavablandırıb. Əsas kapitan Kamran Ağayevin yoxluğunda sarğını daşıyan təcrübəli müdafiəçi əvvəlcə məğlubiyyəti şərh edib.
Milli tarixinin ən önəmli matçına çıxmışdıq. Kosovoda final oyunu kimi baxdığımız bu görüş növbəti faciəvi nəticə ilə sona çatdı. Oyundan əvvəl əgər bu görüşdə də digər səfər oyunlarımız kimi mübarizə aparsaq biabırçı nəticə olacağını bildirmişdik. Elə də oldu. Nəticə millimizin əsl gücünü ortaya qoydu.
Maltanı iki oyunda məğlub edə bilməyən bir komandanın qrupdan çıxaraq Avropa çempionatına vəsiqə qazanacağını xəyal etmişdik. Əslində hər zaman beləyik. Gercəkləri bir kənara atıb xəyallarla yaşamağı sevirik. O gercəklər isə əvvəl-axır bizi tapıb, üzümüzə elə bil sillə çəkir ki, düşürük əl-ayağa. Eynən dünən Priştinadakı kimi...
Dünənki matçdan öncə hər şeyi bir kənara atmışdıq. Başqa bir ab-havaya bürünüb, milliyə inanmışdıq. Bu görüşdə milli komandanın layiqli mübarizə aparacağını gözləyirdik. Nə olduğunu isə gördünüz. Sən demə bu qarşılaşmaya hər kəs inanıb, bircə meydandakılardan başqa. Final kimi baxdığımız oyunda nə istək, nə arzu, nə də hirs vardı. Meydanda ora niyə çıxdığını bilməyən komanda və kənardan bunları azarkeş kimi izləyən baş məşqçi vardı. Meydanda oyun boyu eyni şeyi edib, sağa-sola və geriyə ötürmə edən çarəsiz bir komanda. Sahibsiz, başsız qalmış, hesabda geridə və ya hücumda olduqda nə edəcəyini bilməyən, tezliklə oyunun bitməsini istəyən bir komanda.
Bu komandada baş məşqçi işi hiss olunmur. Əgər belə olmasaydı Dmitri Nazarov oyun boyu top ayağına gələn kimi hardan olur olsun qapıya vurmazdı. Əgər belə olmasaydı bütün 90 dəqiqə Qara və Almeydanın lazımsız ötürmələri ilə keçməzdi. Xilaskar kimi oyuna Əfran İsmayılov girməzdi. Əgər bir komanda hesabda geridə olmasına baxmayaraq oyun planında heç bir dəyişiklik edə, bilmirsə bu artıq qəbuledilməzdir. Azarkeşlər, bəzi jurnalistlər baş məşqçinin B, C planı olmadığını deyir. Baş məşqçini tənqid edirlər. Yoldaşlar, bu komandanın nəinki B, C heç A planı belə yoxdur.
Milli komandanın tariximizdə çox biabırçı nəticələri olub. Polşa, Fransa, Serbiya və s. Bir utanc gecəsi də dünən Kosovoda oldu. Ancaq hər biabırçılığın həmişə bir bədəli var. Bundan öncəki uğursuluqların cəzasını baş məşqçilər necə çəkibsə, Qurbanov da çəkməlidir. Hələ bu biabırçılıq Malta, Farer və Kosovolu qrupda yaşanırsa. Bu qrupdan çıxa bilməmək Qurban Qurbanovun "bacarığıdır". Bundan sonra nəyinsə, nə vaxtsa yaxşı olacağını ümid etmək olmur.
Görünən dağ bələdçi istəməz. Qurban Qurbanov Azərbaycan azarkeşinə kifayət qədər sevinc, uğur bəxş edib. Ancaq bu səfər bacarmadı. O, hər mətbuat konfransında yorğunluqdan danışır. Bəlkə də etiraf edir. Etiraf edir ki, mən səhv etmişəm. İki komandanı çalışdıra bilmirəm. Bacarmıram. Ancaq Qurban Qurbanov özü bunları etiraf etsə də, hələ də onun vaxta ehtiyacı olduğunu, "yaxşı olacaq" havasında israr edənlər var. Biz də Qurbanovu sevirik, çox istəyirik, hörmət edirik. Siz də onu sevin. Sevin və onun istefasını tələb edin. İnanın ki, onun buna çox ehtiyacı var.