UEFA-nın qərarına əsasən Rumıniya millisinə azərkeşsiz matç keçirmə cəzası verilib.

Offsideplus.az xəbər verir ki, UEFA-dan edilən açıqlamaya görə Rumıniyanın Serbiyanı qonaq etdiyi matçda azərkeşlərin irqçi sözlər işlətməsi səbəbi ilə 1 oyunluq azərkeşsiz oyuna çıxma cəzası və 50.000 avro pul cəzası verilməsi qərara alınıb. Ev sahibi komandanı azərkeşlərin və texniki işçilərinin matç zamanı meydana daxil olması səbəbi ilə də 23.000 avro cəzaya məruz qalıb.

Rumıniya Millətlər Liqasında növbəti matçını 17 noyabrda Litvaya qarşı boş tribunalar qarşısında keçirəcək.