Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv Çexiya yığması ilə üz-üzə gəlib. Albaniyanın Luşnya şəhərindəki "Roza Haciu" stadionunda təşkil olunan qarşılaşma Azərbaycan yığmasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qrupun digər oyununda Norveç Albaniya ilə üz-üzə gələcək. Həmin matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Norveçə 1:4 hesabı ilə uduzub. Komanda oktyabrın 29-da Albaniya ilə qarşılaşacaq.