UEFA-nın Etik Nəzarət və İntizam Komitəsi futbol üzrə Rumıniya millisini cəzalandırıb.

Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumu Rumıniya yığmasına bir oyun azarkeşsiz oynamaq cəzası verib.  Buna Rumıniyanın Millətlər Liqasında Serbiya yığmasına qarşı keçirdiyi ev oyununda azarkeşlərin qeyri-etik davranışları səbəb olub.

Rumıniya Futbol Federasiyasına azarkeşlərin irqçi davranışlarına görə 50 min, intizam qaydalarını pozduğu üçün isə 23 min avro pul cəzası tətbiq edib.

Millətlər Liqası çərçivəsində noyabrın 17-də keçiriləcək Rumıniya - Litva matçı azarkeşsiz oynanılacaq.