Bir zamanlar Portuqaliya millisinin əsas oyunçularından olan futbolçu özünü moda sahəsində sınamağa qərar verdi.

Offsideplus.az xəbər verir ki, Fenerbahçe-dən ayrıldıqdan sonra heç bir klubla danışıq aparmayan və futbolu buraxan Raul Meireles indi də başqa sahədə özünü yoxlamaq qərarına gəlib.

Portuqaliyada moda ilə bağlı tədbirə qatılan Meireles geyim tərzi ilə diqqət çəkib. Portuqaliya mətbuatı futbolçunu "moda ikonası" kimi təqdim edib.