Azərbaycan milli komandasının yoldaşlıq oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib.

Offsideplus.az AFFA-nın saytına istinadla xəbər verir ki, millimiz Malta ilə yoldaşlıq oyunu keçirəcək.G örüş gələn il martın 30-da olacaq

Matçın keçiriləcəyi stadion və başlanma vaxtı ilə bağlı əlavə məlumat verilməyib.

Xatırladaq ki, yığmamız mayda Türkiyə ilə də yoldaşlıq oyunu keçirəcək. Matçın dəqiq vaxtı hələlik açıqlanmayıb. Türkiyə millisinin baş məşqçisi açıqlamasında matçın mayın 2-sı Antalyada baş tutacağını bildirmişdi.