UEFA Millətlər Liqasının mükafatçıları müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Portuqaliyada təşkil olunmuş "dördlər finalı"nın həlledici görüşündə meydan sahibləri Hollandiya yığması ilə üz-üzə gəlib.

Görüşün taleyini 1 qol həll edib. 60-cı dəqiqədə Qedeşin qolu Portuqaliyaya ilk dəfə təşkil olunan Millətlər Liqasının finalında qələbə qazandırıb.