Kosovo futbolunda 2018-ci ilin ən yaddaqalan hadisələri açıqlanıb. 

Offsideplus.az-ın yerli mətbuata istinadən məlumatına görə, ilin oyunu Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən son qarşılaşma seçilib.

Noyabrın 20-də Priştinada baş tutan həmin matçda 4:0 hesablı qələbə qazanan kosovolular qrup birincisi kimi pley-off mərhələsinə vəsiqə əldə ediblər. Ölkə futbolunda ilin hadisəsi isə məhz pley-offa və C Liqasına yüksəlmək olub.

Qeyd edək ki, D Liqasının III qrupunda Kosovo 14 xalla birinci, Azərbaycan isə 9 xalla ikinci yeri tutmuşdu.