Bu gün UEFA Millətlər Liqasında “dördlər finalı”nın püşkatması olacaq.

 Offsideplus.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində təşkil ediləcək tədbirdə İngiltərə, Portuqaliya, Hollandiya və İsveçrə arasında yarımfinal cütləri müəyyənləşəcək. Püşkatma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Portuqaliyada keçiriləcək “dördlər finalı”nın yarımfinal oyunları 2019-cu il iyunun 5-6-da, final və 3-cülük matçı isə iyunun 9-da olacaq.