Millətlər Liqasının reqlamentinə əsasən, hər diviziona Avro-2020-də iştirak üçün bir yer ayrılıb.

Offsideplus.az məlumat verir ki, reqlamentdə qeyd olunur ki, divizion üzrə qrupda 1-ci yeri tutan komandalardan biri Avro-2020-nin seçmə mərhələsindən birbaşa final mərhələsinə vəsiqə qazanarsa, divizionun payına düşən 1 yer üçün mübarizəyə digər komandalar qoşula bilər.
D divizionda 2-ci yerə çıxan komandalar arasında Azərbaycan yığması 10 xal toplayan Lüksemburq və Ermənistandan sonra 3-cü pillədə qərarlaşıb. Bu isə o deməkdir ki, play-offa vəsiqə qazanan Kosovo, Gürcüstan, Makedoniya və Belarus komandalarından 3-ü Avro-2020-yə adi seçimlərdən vəsiqə qazandığı halda yığmamız vakant yeri doldurmaq üçün play-offa yüksələcək və 2020-ci ilin mart ayında D divizionu üçün ayrılmış 1 yer uğrunda mübarizə aparacaq.