Dünya Çempionatının yarımfinal mərhələsinin Fransa - Belçika (1:0) matçından sonra insident yaşanıb.

Offsideplus.az xəbər verir ki, məğlubiyyəti həzm edə bilməyə belçikalılarla polislər arasında toqquşma olub. Bu barədə RTBF telekanalı məlumat yayıb. Hadisə zamanı bir qadın polis yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə Brüsselin şimal-qərbində yerləşən Jet komunasında baş verib. Miruar meydanında quraşdırılmış böyük ekranda matçı izləyən azarkeşlər, yığmanın məğlubiyyətindən sonra məyus olaraq yerli kafenin masalarını çevirməyə başlayıblar və kütləvi dava salıblar. Hadisə yerinə polis gəldikdə isə qəzəbli kütlə onlara qarşı yönəlib. Sabitlik təqribən bir saat ərzində bərpa olunub. Bir neçə nəfər saxlanılıb. Davada iştirak edən azarkeşlərin sayı açıqlanmır.