Dünya Çempionatının yarımfinal mərhələsinin Xorvatiya – İngiltərə qarşılaşmasının hakimləri bəlli olub.

Offsideplus.az xəbər verir ki, görüş türkiyəli hakimlər briqadasına tapşırılıb. Matçı FİFA referisi olan Cüneyt Çakır idarə edəcək. Ona Bahaddin Duran və Tarık Ongun kömək edəcəklər.

Qeyd edək ki, qarşılaşma iyulun 11-də saat 22:00-da start götürəcək.