"Mançester Siti"nin üzvü Fernandinyo ölümlə hədələnib.

Offsideplus.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyaları məlumat yayıb. İnformasiyada Fernandinyo və ailəsinin sosial şəbəkələrdə təhqir olunaraq hədələndiyi bildirilir. Buna səbəb onun DÇ-2018-in 1/4 finalında Belçika ilə keçirilən görüşdə avtoqolla yadda qalması olub. Braziliya mübarizəni dayandırdıqdan sonra azarkeşlər sosial şəbəkələrdə Fernandinyonu “qurbanlıq” seçiblər.