Dieqo Maradona Venesuela millisini çalışdıra bilərmiş.

Offsideplus.az xəbər verir ki, “Ximnasiya”nın baş məşqçisi yerli mətbuata açıqlamasında bu təklifi rədd etdiyini bildirib. Maradona ölkə prezidenti Nikolas Maduronun onun yığmada işləməsini arzuladığını açıqlayıb:

“Venesuela rəhbəri mənə milli komandada iş təklifi etdi. Ancaq ona klubuma verdiyim sözümün olduğunu dedim”.