Qətərdə təşkil olunacaq DÇ-2022-nin qrup, eləcə də 1/4 final oyunlarını qəbul edəcək "Əl Canub" stadionunun qiyməti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, dünyaşöhrətli memar Zah Hədidin layihəsi əsasında tikilən və bu ilin mayında təhvil verilən stadion yarım milyarddan baha başa gəlib.

Tikintisi 5 il davam edən (2014-2019) 40 min azarkeş tutumlu möhtəşəm arenanın inşasına 575 milyon dollar xərclənib.

Burada artıq ilk rəsmi görüş də keçirilib. Qətər Əmirliyi Kubokunun "Əl Düheyl" - "Əl Sədd" finalı məhz "Əl Cənub" stadionunda keçirilib və əfsanəvi Xavinin rəhbərlik etdiyi ikincilər kuboku qazanıblar.

İlgili resim