2034-cü ildəki dünya çempionatı Tailandda keçirilə bilər. 

Offsideplus.az xəbər verir ki, bu barədə Tailand Futbol Federasiyasının prezidenti Somyot Pumpunmuanq məlumat verib.

O deyib ki, mundiala ev sahibliyi etmək iddiasındadılar və bunun üçün FIFA ilə müzakirə aparacaqlar.

Pumpunmuanq bununla bağlı ideyanı krallıq hökumətinə təqdim etdiklərini bildirib: "Hökumət buna müsbət cavab versə, ölkəmiz dünya çempionatının təşkilinə qadirdir. Yaxın ölkələrə də bununla bağlı müraciət etmişik. 2-3 ölkənin ev sahibliyi ilə bunu reallaşdırmaq mümkündür".